2 düşündürücü hekayə

— Mən bir şeyi başa düşmürəm: kasıbın yanına kömək üçün gedirsən, o xoşhallıqla səni qarşılayır və bacardığı qədər kömək edir. Varlının yanına gedirsən — o sanki heç kimi görmür. Doğrudandamı, bütün bunlar ancaq pulun təsirindəndir?
— Pəncərədən bax, sən orada nə görürsən?
— Uşaqlı bir qadın, bazara doğru gedən avtobus…
Ardı →

Nankorluq

Neçə illər idi ki, dərzi işləyirdi. Balaca bir tikiş maşını, bir də balaca bir emalatxanası vardı. Gecə-gündüz əlləşib-vuruşur, ancaq qazancı bir qarın çörəyə çatırdı.
Soyuq bir qış gecəsində dərziyə dəhşətli bir faciə üz verdi. Elektrik qızdırıcısını söndürməyi unutduğu üçün emalatxanası yandı. Səhər işə gələndə artıq emalatxanadan əsər-əlamət qalmamışdı.
Ardı →

Məcnun və Qoca Dərviş

Bir gün Məcnun səhradan keçir.Bu zaman Qoca Dərviş səhrada namaza dururmuş.Məcnun hər şeydən xəbərsiz, sakitcə ordan keçirdi.Bu zaman Məcnunun onun yanından keçdiyini görən Dərviş ayağa durur və Məcnuna deyir:


Qoca Dərviş: — Ay kafir, görmürsən namaza dururam, niyə mane olursan?


Məcnun: — Mən Leylinin eşqi ilə səni görməyə-görməyə, sən Allahın eşqi ilə məni necə gördün?



Davamı →

Bax eşq budur...!

Bir-birini çox sevən bir cüt trafik qəzası keçirirlər və yatalaq olarlar. Eyni otaqda qalırlar, oğlan pəncərə kənarında, sevgilisi isə divar kənarında yatır.

Oğlan pəncərədən baxıb çöldə olanları sevgilisinə izah etməklə sevgilisi isə dinləməklə zaman keçirdirlər. Oğlan sevgilisinə çöldə olanları dayanmadan danışırmış və oğlan bu şəkildə sevgilisini darıxmağa qoymurmuş. Əslində elə olduğunu sanır. Qız xəstəliyinin təsiri ilə heç bir şeydən xoşbəxt olmazmım. Oğlan çöldə olanları danışdıqca qız çölə baxmaq istəyirdi.

Bu sevgililərdən şok keçirərsə, təcili müdaxilə edilməlidir. Yoxsa xəstə orada öləcək, şok anında xəstəxanadakıları xəbərdar etmək üçün ikisinin də altında düymə var. Əgər biri şoka girərsə digəri düyməyə basaraq müdaxilə edilməsi üçün həkimləri çağıracaq.

Və bir gün oğlan yenə çöldə olanları sevə-sevə sevgilisinə danışır. Qız yenə çöldə olan üzü gülər insanları özü görmək istəyir və divar kənarında olduğu üçün də özünü çox bədbəxt sayır. Və tam o anda oğlan şok keçirir

Ardı →

İnsanı həyatda yaşadan ümiddir...

Dostunun gündən-günə pisləşdiyini görən biri onu həkimə göstərməyi qərara alır. Həkim xəstəni müayinə etdikdən sonra onun ağacda yarpaqlar saralıb tökülənədək ömrü qaldığını bilidir. Bunu eşidən xəstə dost hər səhər ayılıb pənəcərə qarşısındakı ağaca baxardı. Payız yaxınlaşmışdı və ağacdakı yarpaqlar yavaş-yavaş saralıb tökülürdü.
Ardı →

Aslanın üç tükü

Anası o hələ 10 yaşında vəfat etmiş, bir il sonra atası isə başqa qadınla evlənmişdi. Qadın çox xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kəndində yaşayan müdrik bir qocaya açmağı qərara aldı…

Ardı →

"Yaxşiliq etsəndə ozunə qayıdar ,pislik etsəndə"

Bir neçə nəfərlə gəmiyə minib dəniz səfərinə çıxmişdıq.Birdən arxadan gələn qayığın burulğana düşüb çevrildiyini gördük.Qayıgın içindəki iki qardaş burulğana düşüb boğulmağa başladı.Gəmidəkilərdən biri gəmiçiyə dedi:

-Onların hər ikisini xilas et,hərəsi üçün sənə xeyli pul verərəm.

Gəmiçi dərhal suya atılıb qardaşlardan birini xilas etdi.O biri isə boğuldu.

Ardı →

İki rükət namazın savabı


Bir gün Mələklərin rəhbəri Cəbrail ( əleyhissəlam ) ALLAH dərgahında 2 rükət Namaz qılır. Bu iki rükət Namazın müddəti, dünya vaxtı ilə dörd min ilə bərabər olur. Cəbrail (ə) Namazı bitirdikdən sonra, Cənabi Haqqa üzün tutub. "..Ey RƏBBim, yer üzərində, SƏNə ibadət edən bəndələrin arasında mənim kimi Namaz qılanı oldumu..?.." ALLAHu Təala Cəbrailə ( ə ): "..Bəli..Oldu.." cavabın verincə, Cəbrail ( ə ) təəcüblə bir anlıq fikrə gedir. ALLAHu Təala: "..Bəndəmin 2 rükət qıldığı Namaz, sənin dünya zamanı ilə dörd min il qıldığın 2 rükət Namazdan daha fəzilətli, savabı daha çoxdur..Çünki, sən günahın, pisliyin nə olduğunu bilmirsən. Sənin nəfsin, tamahın yox, bunlardan uzağsan. Ama bəndəm dünyada az bir zamanda olsa, dünya nemətlərindən üz çevirərək, nəfsinə, tamahına üstün gələrək, şeytanı unudarağ qibləyə üz tutub məni zikr edib, Təkbir gətirib, ALLAHu Əkbər deyəcək.."
Davamı →